Türkiyənin hakimiyyət orqanları 31 ölkənin vətəndaşlarına, o cümlədən azərbaycanlılara müalicə almaq üçün mayın 20-dən sonra bu ölkəyə gəlməyə icazə verib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Türkiyə hökuməti tərəfindən koronavirus üzrə karantinin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində qəbul olunub. İcazə azərbaycanlılarla yanaşı, Ukrayna, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İraq, Qazaxıstan, Qətər, Qırğızıstan, Liviya, Moldova, Niderland, Türkmənistan, Özbəkistan, Rusiya və bir sıra digər ölkələrin vətəndaşlarına da şamil edilir.
Türkiyə sərhədini yalnız koronavirus testi mənfi nəticələnən pasientlər keçə biləcəklər. Orada müalicə almaq istəyən xarici ölkə vətəndaşları barədə informasİya əvvəlcə Beynəlxalq Tibbi Nəzarət sisteminə yerləşdiriləcək. İlkin təsdiq alındıqdan sonra onların Türkiyədəki tibbi müəssisələrdə müalicəsinə icazə veriləcək.