Muxtar respublikada infeksion və yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri davam edir - VİDEO
Muxtar respublikada mütəmadi olaraq yoluxucu xəstəliklərə və viruslara qarşı dezinseksiya işləri aparılır, profilaktiki və qabaqlayıcı tədbirlər həyata keçirilir.
Naxçıvan şəhərində təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrində, məktəblərdə, bağçalarda mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Qeyd edək ki, muxtar respublikamızın rayon mərkəzləri və kəndlərində də bütün sosial və ictimai iaşə obyektlərində dezinfeksiya və tibbi profilaktiki tədbirlər ardıcıl xarakter daşıyır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Səftər Sadiqov