Növbəti onlayn ekskursiya Naxçıvan Dövlət Xalça muzeyinə olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan televiziyasının muxtar respublikada fəaliyyət göstərən muzeylərdən  yayımladığı onlayn ekskursiyalar davam edir. Növbəti onlayn ekskursiya  canlı olaraq Beynəlxalq Muzeylər Günü münasibətilə Naxçıvan Dövlət Xalça muzeyinə olub.  Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında  canlı yayımlanıb.

Onlayn ekskursiya zamanı bələdçi əvvəlcə muzey haqqında məlumat verib. Qeyd edib ki,  milli dəyərlərimizin təbliğinə xidmət edən bu muzey 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Xan Sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən yeni binaya köçürülüb. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində 4000-ə yaxın eksponat vardır ki, onlardan 396-sı ekspozisiya zalında nümayiş etdirilir. 2013-cü ildə muzey yenidən qurulduqdan sonra ekspozisiyada yalnız Naxçıvan xalçaçılıq məktəbinə aid xalçalar nümayiş etdirilir.

Qeyd edək ki, Xalça muzeyinə internet üzərindən virtual səyahət etmək də mümkündür.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: