“Naxçıvan” Universitetinin əməkdaşı Erasmus+ layihəsinin  onlayn iclasında  iştirak edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Biznes Universiteti Avropa Komissiyası tərəfindən maliyyələşdirilən koordinatoru olduğu “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi EQAS” adlı Erasmus+ layihəsinin növbəti onlayn iclası keçirilib.

Layihə tərəfdaşlarından Azərbaycan üzrə 11 universitetin nümayəndəsinin iştirak etdiyi  onlayn görüşdə  “Naxçıvan” Universitetini  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib.

Qeyd edək ki,  İsveç Kral Texnologiya İnstitutu, İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universitetinin ekspertlərinin iştirakı  ilə keçirilən görüşdə pilot proqrama dair hesabatın hazırlanması, layihənin plana uyğun olaraq gerçəkləşdirilməsi, gələcək fəaliyyətlər və gündəlik məsələlər müzakirə edilib.

                                                              Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: