“Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti əhalinin damazlıq quşçuluq məhsullarına olan tələbatını təmin edir
Muxtar respublikada quşçuluq təsərrüfatı üzrə ixtisaslaşmış istehsal müəssisələrindən olan “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətində quş əti və yumurta, həmçinin damazlıq yumurta və cücə istehsalı sahələri də fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbər görə, bu ilin fevral ayında ailə və fərdi təsərrüfatların damazlıq yumurta və cücəyə olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən “Serebrist” sort damazlıq yumurta gətirilərək xüsusi nəzarət altında inkubatora yerləşdirilib, ətlik və yumurtalıq damazlıq cücə çıxarılaraq satılıb.
“Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əhalinin, ailə və fərdi təsərrüfatların artan tələbatı nəzərə alınaraq ətlik, yumurtalıq “Serebrist” və digər sort cücələr gətirilib. Yumurtalıq sort cücələr il ərzində 330 yumurta vermək qabiliyyətinə malikdir. Həmçinin ətlik broyler cücələrin isə 45 gün ərzində çəkisini 2 kiloqrama qədər artırmaq xüsusiyyəti vardır.
Hazırda müəssisədə 25 min “Serebrist” sort damazlıq yumurtalar inkubatora qoyulub, haliyyədə cücələrin inkubatordan çıxımı davam edir.