Tələbələr Məhkəmə Ekspertizası Mərkəzində onlayn təcrübə keçib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə tələbələrinin onlayn təcrübə keçmələri təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tələbələr nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində ballistik və sənədlərin texniki ekspertizaları laboratoriyalarında onlayn təcrübə keçib. Təcrübə müddəti tələbələrə ballistik və sənədlərin texniki ekspertizalarının anlayışı, obyektləri, vəzifələri və predmeti haqqında ümumi məlumat verilib, məhkəmə tədqiqatı üçün nəzərdə tutulan avadanlıqlarla tanış edilib, laboratoriyalarda müvafiq aparatların köməyi ilə aparılan ekspertiza işləri izahlı şəkildə təqdim olunub.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və ekspertiza sahəsində tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: