Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin torpaq müfəttişləri tərəfindən Babək rayonunun Cəhri kəndində bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır, aşkar edilmiş qanunsuz istifadə hallarının aradan qaldırılması üçün müvafiq qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir.
Xidmətin mətbaut xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2020-ci ilin ötən dövrü ərzində aparılan monitorinqlər zamanı Babək rayonunun Babək qəsəbəsində, Qahab, Naxışnərgiz, Çeşməbasar, Güznüt, Gülşənabad, Payız, Cəhri və Qaraqala kəndlərində 280-dən artıq torpaqdan qanunsuz istifadə faktı aşkar edilərək aradan qaldırılıb. 25 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb.