Naxçıvanda fəal könüllülər mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun içraçı direktoru Cəbi Quliyev və sosial könüllülər adından Alsu Məmmədli çıxış ediblər.

Çıxışlardan sonra xüsusi karatin dövründə keçirilən tədbirlərdən və tənha ahıllarla görüşlərə aid video-çarx nümayiş olunub. Həmin dövrdə keçirilən tədbirlərdə fəal iştirak edən könüllülər mükafatlandırılıb.

Sonda sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə gələcəkdə görüləcək işlər müzakirə olunub, gənclər tərəfindən təqdim olunan startap layihələri ekspert qrupunun üzvləri tərəfindən dəyərləndirilib.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: