NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Kitab Klubu instagram sosial şəbəkəsinin canlı yayımında tələbələrin və oxucuların Naxçıvanlı alim və yazar, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova ilə görüşünü təşkil edib. Tədbirdə əvvəlcə yaradıcılığı haqda məlumat verməklə başlayan Leyla Səfərova “Sehrli aləm olan kitab bir yazarın gözündə” mövzusunda təlim keçib.
Bir saatdan artıq davam edən təlimdə yazıçı ADU TEC-nin üzvlərinin kitaba münasibət, ədəbiyyatımızın bugünkü vəziyyəti, yazıçıların əsərlərində qoyulan mövzularla bağlı sualları cavablandırıb.