Culfa və Kəngərli rayonlarında kitabxana əməkdaşları üçün onlayn təcrübə - FOTOLAR
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova Culfa və Kəngərli rayon MKS-lərin əməkdaşları üçün onlayn-təcrübə məşğələ keçib.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Abonement və oxu zallarında xidmət işinin təşkili”, metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərovanın “Metodika və biblioqrafiya şöbəsinin iş prinsipi” mövzularında çıxışları dinlənilib.
40 nəfərə yaxın iştirakçının qatıldığı və 80 dəqiqə davam edən tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, MKS əməkdaşlarının sualları cavablandırılıb.