Abituriyentlər üçün “İmtahana hazırlaşırıq” mövzusunda onlayn müzakirə keçirildi - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan müzakirədə məqsəd abituriyentləri keçiriləcək imtahanlara psixoloji cəhətdən hazırlamaq, imtahan zamanı diqqət etməli məqamlarla bağlı onları məlumatlandırmaqdır.
Nazirliyin mətbaut xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 130 XI sinif şagirdinin iştirak etdiyi müzakirədə cari ilin abituriyentləri üçün buraxılış və qəbul imtahanının keçirilmə qaydaları haqqında geniş məlumat verilib. Pandemiya ilə əlaqədar buraxılış imtahanı proqramlarında mart ayından sonrakı mövzuların çıxarıldığı bildirilib və həmin mövzular abituriyentlərin diqqətinə çatdırılıb.
Qeyd olunub ki, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stressdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, qida rasionunun düzgün seçilməsi hər bir məzun üçün vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə hər bir abituriyentin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.
Sonda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyyələr verililib.