Naxçıvan ali təhsilinin tarixində ilk layihə: “İqtisadiyyat” ixtisasında tədris ingilis dilində aparılacaq
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universisitetində 2020-2021-ci tədris ilində “İqtisadiyyat” ixtisası üzrə ingilis dilində tədrisin aparılması nəzərdə tutulub.
Universitetdə yeni yaradılmış “İqtisadiyyat və idarəetmə” fakültəsinin bazasında yaradılmış və tədrisi ingilis dilində olacaq “İqtisadiyyat” ixtisasında artıq tədris planları təsdiq edilib, fənlər ingilisdilli müəllimlər arasında bölüşdürülüb. Dərs bölgüləri mövcud müəllim potensilalı ilə bərabər xaricdə yüksək təhsil almış məzunlar hesabına təmin edilib. Fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib, dərs prosesi üçün auditoriyalar müəyyənləşdirilib.
Universitet məzunlarının karyera imkanlarının da dəyərləndirildiyi bu layihədə xarici tələbələrin də universitetdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, NDU xarici tələbələrin müraciti və qəbul sayına görə ölkə üzrə öncüllüyünü qoruyur.
Səadət Əliyeva