Azərbaycan Xalq Cümhuriyyəti-102

A- A A+

“1918-ci il may ayının 28-də təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz və daxili qarşıdurma nəticəsində süqut edib. Ancaq buna baxmayaraq 23 ay mövcud olan Cümhuriyyət ölkəmiz və xalqımız üçün mühüm işlər görüb”.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu fikirləri 28 may Respublika Günü ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyəti-102” mövzusunda keçirilən onlayn konfransda Bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib. Alim  müsəlman-türk dünyasında, eləcə də Şərqdə ilk demokratik respublikanın yaranma zəruriətindən danışıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə də diqqət yetirilib. Belə ki, ərazinin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi köməklik göstərilib.

Onlayn konfransda Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə ilk Demokratik Respublika” mövzusunda məruzəsi dinlənilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: