İtaliyanın nüfuzlu bloq saytında Naxçıvanla bağlı məqalə yayımlanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın turizmlə bağlı nüfuzlu bloq saytında jurnalist Sara Əzimovanın “Kiçik Avropa: Naxçıvan” sərlövhəli məqaləsi yayımlanıb. Məqalə “Eurasiaticanews” portalının rəhbəri, jurnalist Karlo Marino tərəfindən yerləşdirilib.

Məqalədə müəllif  oxuculara 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunduğunu xatırladır və  italiyalı oxucuları Azərbaycanın ayrılmaz tərkib hissəsi sayılan Naxçıvan Muxtar Respublikası ilə tanış edir. Muxtar diyarın tarixi və təbiət abidələri, mədəniyyəti,  mineral  və müalicəvi suları, zəngin turizm potensialı ilə  bağlı geniş məlumat verən jurnalist  buranın  “Nuh peyğəmbərin yurdu”, “Şərqə açılan qapı”, “Kiçik Avropa” adlandırıldığını diqqətə çatdırır.

Müəllif həmçinin  bildirir ki, dünyada bənzəri olmayan abidələrin çoxluğu ilə də tanınan Naxçıvan turistləri ən çox axın etdiyi məkandır. “Planetin cinayətsiz regionu” adlandırılan muxtar respublikaya gələn turistlərin ilbəil artmasına səbəb diyarda turistlər üçün ən vacib olan inkişaf və sabitliklə bağlıdır. Hər il dünyanın  müxtəlif ölkələrindən on minlərlə turist məhz Naxçıvanı seçir.

Məqalədə Əshabi-Kəhf ziyarəgahı, Darıdağ arsenli su müalicə və istirahət kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi, Nuh Peyğəmbərin türbəsi, Batabat haqqında da  geniş məlumatlar təqdim olunur.

Naxçıvanla bağlı çoxsaylı fotoşəkillərin yer aldığı məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://marinoenogastronomictour.altervista.org/17/46/marinoenogastronomictour/la-giornalista-sara-azimova-racconta-nakhchivan-una-piccola-europa/?fbclid=IwAR1vsPCcrz3HA9k6I1RGTVlnRCTPzCGOwpRKb48Pjk1yWcYt-dZbKC5FlXk

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: