Məktəblilər Ağbulaqda istirahət ediblər - FOTOLAR

A- A A+

Bu il yay məktəbinin ilk iştirakçıları Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri olub.

NUHÇIXAN xəbər verir ki, 50-yə yaxın məktəbli 4 gün ərzində Ağbulaq İstirahət Mərkəzində istirahətdə olublar.

Məktəblilərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə əyləncəli oyun və viktorinalar təşkil olunub, Şahbuz Rayon Mədəniyyət Evinin kollektivi konsert proqramı ilə çıxış edib. Yay məktəbi çərçivəsində şagirdlər Ağbulaq kəndini gəzib, müxtəlif idman növləri ilə məşğul olublar.  Həmçinin Naxçıvan Dövlət Kukla Teatrının kollektivinin təqdimatında “Qoğal” tamaşasına baxıblar.

Yay məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə həyata keçirilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: