Naxçıvanda “Diqqət, piyada” devizi altında maarifləndirmə tədbirləri davam edir

A- A A+

Muxtar Respublikada bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsi və eyni zamanda yol infrastrukturu daima inkişaf etdirilir, yeni yollar çəkilir, yol şəbəkəsi genişləndirilir. Bütün bunlar da yol hərəkəti təhlükəsizliyinin təmin olunmasını,xüsusilə də piyadaların yol hərəkəti qaydalarına əməl  etməsini ön plana çəkir.

Ancaq bəzi piyadaların xaotik hərəkəti  gözə çarpmaqdadır, yəni piyadalar arasında keçidlərə, işıqforların siqnallarına məhəl qoymayanlar, ümumiyyətlə yol hərəkəti qaydalarına əməl etməyənlər də var. Amma bununla yanaşı qaydalara riayət edən piyadalarımız da kifayət qədərdir. Ümumiyyətlə piyadaların yol hərəkəti qaydalarını öyrənmələri, küçə və yollarda intizamlı olmaları günümüzün ən aktual  məsələsidir. Çünki küçə və yollarda hər bir vətəndaş intizamlı olmaqla və yol hərəkəti qaydalarına əməl etməklə nəinki özünün, hətta digər insanların həyatını da qorumuş olur. Bu nöqteyi-nəzərdən hər bir piyada öz məsuliyyətini başa düşməli, yol hərəkəti qaydalarına əməl etməlidir. Piyadalar yol hərəkətinin ən intensiv və eyni zamanda ən zəif iştirakçıları olduğundan Yol Hərəkəti haqqında Qanunun 40-cı maddəsində nəzərdə tutulan vəzifələri şərtsiz icra etməlidirlər. Yəni piyadalar küçə və yollarda hərəkət zamanı səkilərlə və ya yolun çiyni ilə hərəkət etməli, qarşıdan qarşıya keçdikləri zaman isə mütləq piyada keçidlərindən və ya piyada zolaqlarından istifadə etməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkət istiqamətinə qarşı getməlidirlər. Xüsusi işıq və səs siqnalı qoşulmuş operativ nəqliyyat vasitəsi yaxınlaşdıqda yolun hərəkət hissəsini keçməməlidirlər. Sutkanın qaranlıq vaxtı  yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidirlər, görünmə zonasında piyada keçidi və ya yolayrıcı olmadıqda isə yolu hər iki tərəfdən yaxşı görünən hissəsindən düzbucaq altında keçməli, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdırlar.

                                                                      Ayaz İsmayılov

                                               DYP-nin əməkdaşı, polis baş leytenantı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: