Bələdiyyələrə inzibati nəzarətin aparılması qaydaları müzakirə olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə  fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə onlayn tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, fakültənin dekanı Əşrəf Ələkbərov vurğulayıb ki, onlayn tədbirin  əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını artırılmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin əməkdaşı Səttar Zamanov “Bələdiyyə fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi” mövzusunda diqqətə çatdırıb ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi qanunla müəyyən edilir. Qanuna görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahədə nazirliyin əsas vəzifələrindən biri də bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodolji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir.

Sonra tələbələrə nazirliyə bələdiyyələr tərəfindən daxil olan aktlar, qərarlar, protokollar, sorğular barədə ətraflı məlumat verilib, sənəd nümunələri əyani şəkildə nümayiş etdirilib, sənədlərin qeydiyyatı proseduru izah edilib.

Sonda inzibati nəzarətin aparılması qaydaları barədə tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: