Kəngərli rayonunda yanğınsöndürənlərin peşə hazırlığının artırılması diqqətdə saxlanılır - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məşğələnin planına uyğun olaraq, ilk növbədə, növbətçi yanğınsöndürmə xidmətlərinin yerbəyerinin keçirilməsi qaydası məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul olunması təmin olunub.

Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radio rabitə vasitələri ilə danışıq qaydaları, radiotelefonçulara aid sənədlərin işlənilməsi şəxsi heyətə çatdırılıb, şəxsi heyətin həyəcan siqnalı ilə qaldırılması əyani şəkildə məşq etdirilib. Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrinə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurulması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib. Eyni zamanda, şöbədə olan maddi vəsaitlərin uçotunun, aylıq, rüblük və illik üzləşmələrin aparılması, anbara mədaxil və məxaric olunan əşya-əmlaklarının qeydiyyatının aparılması üzrə anbar rəislərinin nəzəri bilikləri təkmilləşdirilib.

Yekunda döyüş və peşə hazırlığının artırılması istiqamətində tövsiyə və tapşırıqlar Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin şəxsi heyətinə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: