AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin “Zoom” proqramı vasitəsilə onlayn iclası keçirilib. Bu barədə Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib . Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Əbülfəz Quliyevin “Məhəmməd ağa Şahtaxtılının tərcüməçilik fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra Bölmənin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov elmi müəssisədə görülən işləri iştirakçıların diqqətinə çatdırıb.
Çıxışlar dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Bölmə rəhbəri institut direktorlarına müvafiq tapşırıqlar verib.
Tədbirdə Bölmənin Nəbatat bağı və Ordubad rayonu ərazisində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasının ərazisində olan meyvə bağlarında məhsuldarlığın vəziyyəti ilə bağlı Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri, Hənifə Hənifəyev məlumat verib.
İclasın sonunda bir sıra elmi-təşkilati və cari məsələlərə baxılıb.