Çaşırın bilmədiyimiz faydaları

A- A A+

Hər il yaz  mövsümündə dağları, yamacları  bəzəyən  çaşır  çoxillik ot bitkisidir.  Əsasən may-iyun aylarında yığılan  bitki  kserofitdir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə bitir.  Çaşır Azərbaycanda əsasən  Quba, Qusar və Naxçıvanda  geniş yayılıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlıqlarının ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır.

Müalicə məqsədi ilə  çaşırın köklərindən istifadə olunur. Beləki , köklərinin suda dəmləməsi yaxşı qurdqovucudur, immun sistemi gücləndirir, uzun müddətli öskürək zamanı faydalıdır, tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında da istifadə oluna bilər. Faydaları saymaqla bitməyən çaşır metobalizmanı sürətləndirir, bağırsaqları işlədir. Ən əhəmiyyətlisi də bitkinin bədənin şəkər metabolizmində mühüm rol oynaması, orqanizmdəki şəkər səviyyəsinin tarazlığını qorunmasıdır.  Lakin hamilə və süd verən qadınlar çaşırdan istifadə etməməlidir. Bundan başqa, oksalik turşusu olduğu üçün yarpaqları istehlak edilməməlidir, çünki  insanı zəhərləyə bilər. 200 qram qurudulmuş çaşır köklərini 1 kq bal ilə qarışdırıb, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeymək də bir çox xəsliklərə qarşı faydalıdır.

Acı dadı olan çaşırın  dadlı və iştahaçıcı turşusu olur. Naxçıvanda  bu turşu çox məşhurdur. Yazda bitkinin 10-20 santimlik təzə zoğları suda pörtlədilərək duzlanıb yeyilir.

                        Aynur İbrahimova

                                                                          Naxçıvan Dövlət Universitetinin müəllimi,

Biologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: