Abbasqulu Nəcəfzadə NDU tələbələrinə musiqi mədəniyyətimizin inkişafından danışıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Konservatoriyada təşkil edilən növbəti onlayn seminarı Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə keçib.

“Azərbaycan musiqi mədəniyyətinin inkişafı” mövzusunda keçirilən  elmi seminarda professor Azərbaycan muğamlarının müqayisəli təhlilinə geniş yer verib. Qeyd edilib ki, muğam  Şərq xalqlarına mənsub milli, şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Abbasqulu Nəcəfzadə  kamança, tütək, zurna alətlərində canlı ifalar etməklə seminarın təcrübi əhəmiyyətini artırıb.   

Seminarda müəllim və tələbələrin sualları cavablandırılıb.

 

                                                    Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: