Naxçıvanlı gənclər “Yaşıl kitab” filmini müzakirə ediblər

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri arasında Piter Farellinin rejissorluğu ilə çəkilmiş “Yaşıl kitab” filminin müzakirəsi keçirilib.

Görüşdə Nazirliyin Gənclər Təşkilatının sədri Elvin Əhmədov onlayn görüş barədə iştirakçılara məlumat verib. Bildirilib ki, rejissor Piter Farellinin “Green Book” – “Yaşıl kitab” filmi tamamilə müxtəlif təbəqələrdən olan iki şəxsin-məşhur afroamerikalı pianoçu ilə Nyu-York şəhərindən olan italyan mənşəli gözətçi arasındakı dostluqdan danışır.

Film barədə müzakirəyə qoşulan gənclər qarşılıqlı fikir mübadiləsi aparıb. 45 dəqiqə davam edən müzakirədə ümumilikdə 18 nəfər iştirak edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: