Ordubad rayonunda əkin sahələri genişlənir

A- A A+

Ordubad rayonunda torpaq mülkiyyətçiləri bu ilin may ayının 1-dək 193 hektar sahədə dənli və dənli paxlalı bitkilərin əkinini həyata keçiriblər. Keçən müddət ərzində 7 hektar zəmidə arpa əkini, 3 hektarda noxud, 183 hektarda isə lobya əkiblər. Təsərrüfatçılar əkilən sahələrin suvarılmasını, alaq otlarından təmizlənməsini, mineral gübrələrlə qidalandırılmasını həyata keçirirlər.

Həmçinin  təsərrüfat sahibləri bu ilin ötən ayları ərzində 420 hektarda kartof, 480 hektarda tərəvəz, 10 hektarda ərzaq üçün bostan bitkiləri, 15 hektarda isə birillik otlar əkinini həyata keçiriblər. Sadalanan sahələr üzrə əkin kampaniyası uğurla davam etdirilir.

                                                                          “El həyatı “qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: