“Müasir oftalmologiyanın son nailiyyətləri və problemləri” mövzusunda elmi konfrans keçiriləcək

A- A A+

Noyabrın 30-da Naxçıvan şəhərində “Müasir oftalmologiyanın son nailiyyətləri və problemləri” mövzusunda gənc oftalmoloqların elmi konfransı keçiriləcək.

Bu barədə NUHÇIXAN-a akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bildiriblər.

Konfransın işinin əsas istiqamətləri aşağıdakılardır: Refraksiya qüsurları və optik mühitlərin patologiyası; Müasir cərrahiyyə; Uşaq yaşlarında görmə üzvünün patologiyası; Qlaukoma: patogenez, diaqnostika, müalicə, monitorinq; Vitreoretinal patologiya; Gözün distrofik və damar xəstəlikləri; Lazer və vitreoretinal cərrahiyyəsi; Görmə üzvünün yeni törəmələri; Orbitanın və müdafiə aparatının plastik və rekonstruktiv cərrahiyyəsi; Görmə üzvünün zədələri; Plastik və rekonstruktiv cərrahiyyə; Görmə üzvünün infeksion və parazitar xəstəlikləri; Oftalmoanesteziologiya; Оptometriya, görmənin eynək və кontakt korreksiyası; Oftalmologiyanın sosial məsələləri; Оftalmoloji xidmətin təşkili.

Konfransın materialları məqalə şəklində “Oftalmologiya” jurnalında çap olunacaq.

Konfrans haqqında bütün məlumatlar www.eye.gov.az saytında yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: