Ölkə ərazisində havanın temperaturu iqlim normasından 1,5 dərəcə aşağı olub

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı səhərədək olan məlumatına əsasən, ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, düşən yağıntının miqdarı Ağstafada 10, Şərurda 5, Gədəbəydə 4, Balakən, Ceyrançöl, Tovuzda 2, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 millimetr olub.

Qərb küləyi Naftalanda 26, Gəncədə 24, Bərdə, Xınalıqda 20, Mingəçevirdə 18, Naxçıvanda 16, Şəmkirdə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 metr/saniyəyədək güclənib.

Havanın temperaturu iqlim normasından 1.5° aşağı olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22°, Aran rayonlarında 20-26°, dağlıq rayonlarda 8-13°, Naxçıvan Muxtar Respublikasında 20-23° isti təşkil edib.

Qeyd edək ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: