Naxçıvan teleradiosuna yeni çəkiliş və efir avadanlıqları təqdim olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 6-da  “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı “Tədbirlər planı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Yeni yayım və çəkiliş avadanlıqları da  həmin sərəncamın  icrası çərçivəsində alınıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri təqdimat tədbirində Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülvi Hüseynli deyiblər.

Bildirilib ki, 163 min manat dəyərində olan müasir yayım və çəkiliş avadanlıqları dünyanın qabaqcıl ölkələrinin istehsalıdır. Yeni texniki vasitələr teleradionun, eləcə də “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyət imkanlarını daha da artıracaq. Səyyari çəkilişlərin operativliyi, sənədli filmlərin hazırlanması, çəkiliş və efir keyfiyyətinin yüksəldilməsi baxımından da yeni avadanlıqlar mühüm əhəmiyyət kəsb edəcək, teleradionun maddi-texniki bazasını daha da möhkəmləndirəcək.

Çıxış edənlər Muxtar Respublikada Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinə yaratdığı hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə öz minnətdarlıqlarını bildiriblər.

Komitənin Kompyuter şöbəsinin müdiri Elçin Məmmədov yeni avadanlıqları təqdim edib.

Bildirib ki,  xüsusi sifarişlə yığılan mobil çəkiliş studiyası və çəkiliş pultu, əlaqə qurğuları, videokamera dəstləri, professional fotokamera, “GoPro” kameraları, “Osmo” hərəkətli kamera, 2 ədəd SDCAM qurğusu, “Dynacord” səs pultu, “Sony” markalı əl mikrofonları, siqinalçevirici qurğular, 600 metrlik HD kabel və qutuları, eləcə də digər avadanlıqlar ən son texnologiyaya əsaslanır.

Avadanlıqların işləmə funksiyaları və keyfiyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, alınan avadanlıqların hər biri 4 K keyfiyyətinə malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: