Külüs kəndində yeni mərasim evi inşa olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun Külüs kəndində  yeni mərasim evi inşa olunur. 

282 yerlik mərasim evində  qadınlar və kişilər  üçün ayrıca zallar nəzərdə tutulub. Binada həmçinin ibadət otağı, mətbəx və digər otaqlar da yerləşəcək.

Bundan əvvəl isə Şahbuz şəhərində, Kolanı, Aşağı və Yuxarı Qışlaq, Sələsüz və Mahmudoba kəndlərində ümumilikdə 6 mərasim evi istifadəyə verilib. Hazırda isə rayonun Badamlı, Keçili və Kükü kəndlərində inşa olunan mərasim evlərində son tamamlama işləri görülür. 

 

   Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: