Şahbuzda dezinfeksiya tədbirləri davam edir - FOTOLAR
Yoluxucu xəstəliklərin və bir sıra virusların qarşısının alınması məqsədilə muxtar respublikada mütəmadi olaraq dezinfeksiya və tibbi profilaktik tədbirlər həyata keçirilir. Bu işlər Şahbuz rayonunda da davam etdirilir.
Kəskin respirator virus infeksiyalarının və yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları rayonda dezinfeksiya işləri aparıblar.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Nurlan Sadiqov