“Ehsan xan Kəngərli” tamaşası canlı yayımlanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanan eyniadlı tamaşa teatrsevərlərə təqdim edilib. Tamaşa Naxçıvan Dövlət Televiziyasından canlı yayımlanıb.

Naxçıvan xanlığının tarixinin səhnələşdirildiyi ilk tamaşa olan “Ehsan xan Kəngərli” səhnə əsərində XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələr canlandırılır.

1 saatdan çox davam edən tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Qeyd edək ki, “Ehsan xan Kəngərli” tamaşası Naxçıvan Dövlət Dram Teatrı tərəfindən onlayn təqdim edilən sayca 6-cı tamaşadır.

Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan və Naxçıvan Dövlət Televiziyasından canlı yayımlanan tamaşa, ekskursiya və konsertlər artıq davamlı xarakter alıb. Belə ki, 28 May Respublika günündə  Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestrinin canlı konserti izləyicilərə təqdim ediləcək.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: