Kəngərli rayonunda sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən muxtar respublika sakinlərinə səyyari xidmətlərin göstərilməsi davam etdirilir.Mərkəzin həkim heyəti tərəfindən bu dəfə Kəngərli rayonunda məhdud fiziki imkanlı şəxslərə səyyari xidmət göstərilib.

Xidmət zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir edilib. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə də təmin edilib.

Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: