Tbilisidəki televiziya qülləsi və “Sülh korpusü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTOLAR
Mayın 28-də axşam saatlarında Tbilisinin ən hündür nöqtəsində, Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayının Gürcüstan paytaxtının mərkəzindən keçən hissəsində quraşdırılmış “Sülh korpusü” (şüşəli körpü) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan aksiya 28 May - Respublika Gününə həsr olunub.
Axşam saatlarından etibarən teleqüllə və şüşəli körpü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.
İşıqlandırma bu gün səhər saatlarınadək davam edib.