Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir kəndləri abad kəndlər sırasına qoşulub - VİDEO
Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunun simasını tamamilə dəyişib. Bu gün təkcə Şərur şəhəri deyil, rayonun kəndləri də quruculuq tədbirləri sayəsində müasir görkəm alıb, sakinlərin rahat və firavan yaşayışı təmin olunub.
Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir kəndləri də abad kəndlər sırasına qoşulub. Ötən həftə kənddə məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün tikilən yeni binalar sakinlərin istifadəsinə verilib.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov