NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır. İstər daxili, istərsə də beynəlxalq uçuşların sayında azalma olacaq: "Lakin təyyarələrdə sərnişinlərin sayında azalma olacaq. Bu da sərnişinlərin və ekipajın təhlükəsizliyinin qorunması üçündür".