Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş - FOTOLAR
“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Komitə və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud və aztəminatlı 19 uşağın ailəsində görüş baş tutub.
Təşkilatçılar tərəfindən uşaqlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəsti və tibbi ləvazimat verilib. Uşaqlar, onların ailə üzvləri, himayədar və qəyyumları onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Nurlana Əhmədova