Şərurda kartof yığımına başlanıldı - FOTOLAR

A- A A+

Şərur rayonunun torpaq mülkiyyətçiləri kartof yığımına başlayıblar. Ailə təsərrüfatlarında yetişdirilən keyfiyyətli məhsul artıq bazara çıxarılır, əhalinin bu məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilir.   

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun təsərrüfatçıları hələ fevral ayından əkdiyi kartof məhsulu artıq bəhrə  verib. Məhz bu məhsulun hesabına muxtar respublikanın bazarlarında indi faraş yerli kartof satılır.

Qeyd edək ki, Şərur rayonunda kartofun əkilib becərilməsi ənənəsinin tarixi qədimdir. Ailə təsərrüfatlarında bu istiqamətdə yetərincə təcrübə var. Rayonun Ələkli, Sərxanlı, Aralıq, Zeyvə, Cəlilkənd, Məmmədsabir, Düdəngə və digər kəndlərin torpaq mülkiyyətçiləri daha çox kartof əkinlərinə üstünlük verirlər.

Məhəmməd Fərəcov

  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: