Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Sosial könüllülər əvvəlcə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan uşaqlara göstərilən xidmətlərlə tanış olublar. Könüllülər əmək terapiyasında iştirak edib, uşaqlara yeni əl işlərinin hazırlanmasında köməklik göstəriblər.
Daha sonra uşaqların istəyinə uyğun olaraq, könüllülər Heydər Əliyev adına Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinə gəliblər. Burada uşaqlar qum terapiyası, bədii tikiş və robotexnika otaqlarının imkanlarından istifadə edib, rəqs nömrələri nümayiş etdiriblər.
Tədbir yeni salınan Sahil Parkında gəzinti ilə başa çatdırılıb.
Sadiq Məmmədov