“Nehrəm-Aqro” istixana təsərrüfatı əhalini dadlı-tamlı tərəvəz məhsulları ilə təmin edir - VİDEO
Muxtar respublikada istixanaların fəaliyyətinin genişləndirilməsi tərəvəz məhsulları bolluğu yaradıb. Əvvəllər qonşu ölkələrdən idxal edilən tərəvəz məhsulları dükan-bazarlarda çoxluq təşkil edirdisə, bu gün yerli və keyfiyyətli məhsullarla həm sağlamlığımız, həm də ərzaq təhlükəsizliyimiz etibarlı təmin edilir. “Nehrəm-Aqro” istixana təsərrüfatı da hər il noyabrın axırlarından başlayaraq bazarlara daldı-tamlı tərəvəz məhsulları çıxarır. Bu il də aparılan düzgün becərmə və aqrotexniki tədbirlər nəticəsində məhsul bolluğu əldə edilib.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Hafizə Əliyeva