Taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının hazırlıq vəziyyəti müzakirə olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə  “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində 2020-ci ildə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlığı ilə bağlı maarifləndirici səyyari seminar-müşavirə  keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə Nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi daxili xidmət polkovniki Ehtiram Məmmədov muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədi ilə görülmüş işlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və aqroserviz  sektorunun müdiri Valeh Mehdiyev biçin dövrü ərzində taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlərlə bağlı məlumat verib.

Sonra çıxış edənlər ot-taxıl biçini dövründə taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə kombaynlara və digər kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələri müzakirə ediblər.

Tədbir müddətində kombaynlara baxışlar keçirilərək yanğın törədə biləcək hallarla bağlı  iştirakçılara məlumatlar verilib , ilkin yanğınsöndürmə vasitələrinin istifadə və istismar qaydaları əyani olaraq göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: