Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün qəbula namizədlər

 – boyu 170 santimetrdən az olmayan,

 – tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, – 15 sentyabr 2020-ci ilədək 17 yaşı tamam olan,

 – yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15 sentyabr 2020-ci ilədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir. Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

• tərcümeyi-hal (abituriyentin şəxsən özü tərəfindən yazılmış);

• şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;

 • hərbi biletin və ya hərbi xidmətə çağırış məntəqəsinə təhkimedilmə vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

 • tam orta məktəbdən, işlədiyi təqdirdə iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;

 • tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti, yaxud tam orta məktəbin buraxılış sinfində oxuması haqqında müəyyən olunmuş formada arayış;

• yaşayış yerindən arayış(daimi qeydiyyat yerində yaşamadığı halda); • xüsusi həkim ekspertiza komissiyasına təqdim olunması üçün yaşayış yeri üzrə ruhi-əsəb, narkoloji, dəri-zöhrəvi, vərəm dispanserlərindən və QİÇS haqqında arayışlar, qeydiyyat yeri üzrə poliklinikaya son 5 il ərzində müraciətləri haqqında qısa epikriz;

 • 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, tünd rəngli pencəkdə).

 Sənədlər 2020-ci il iyun ayının 1-dən 26-dək (bazar günləri istisna olmaqla)saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində qəbul ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: