Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü ilə bağlı Naxçıvan Muxtar Respublika  Xəstəxanasında Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə  qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasının keçirilməsinin  əsas məqsədi talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələrə dəstək olmaq və onların  qana olan ehtiyaclarını ödəməkdir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında yaradılan Qan bankı bu missiyanı öz üzərinə götürüb.

Qeyd edək ki, qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: