Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. İlk ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 19-24°, gündüzlər 30-35°, bəzi günlərdə 38-40° isti olacaq. Aylıq yağıntının miqdarı isə iqlim normasından bir qədər az (norma 21-35 millimetr) olacağı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: