Naxçıvan məktəblilərinin innovativ dərnəklərə marağı artır

A- A A+

Muxtar respublikada uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün yeni innovativ dərnəklər yaradılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  muxtar respublikada 36 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlarda da 1360 qrupda 18330 şagird iştirak edir. Şagirdlərin təlim-tərbiyəsi ilə 817 dərnək rəhbəri məşğul olur. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda, Şərur rayon məktəbdənkənar tərbiyə müəssisələrində 15 adda, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə 2 adda innovativ dərnəklər yaradılıb. Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələrində yeni innovativ dərnəklərin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Naxçıvanda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Sürətli oxu və bir sıra yeni innovativ dərnəklər fəaliyyət göstərir. Həmin dərnəklər uşaqların məşğuliyyətini tam təmin etmək üçün zəruri avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində olub, innovativ dərnəklərin fəaliyyəti ilə maraqlanıb və gələcək fəaliyyətin genişləndirilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.

Ərhan  Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: