Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN  İnformasiya  Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

Onlayn seminarda  İnstitutun rektoru Azad Novruzov seminarın Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri üçün böyük əhəmiyyət daşıdığını və institutun Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə birgə əməkdaşlığının bu ixtisasda oxuyan tələbələr üçün geniş imkanlar açdığını qeyd edib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva Naxçıvan Müəllimlər İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisasında oxuyan tələbələrin aktiv fəaliyyətindən, istedadlı tələbələrin sərgilərinin təşkilindən, ustad dərslərin keçirilməsindən, Gənc Rəssamlar Birliyinin yaradılmasında NMİ-nin rəssam tələbələrinin rolundan ətraflı danışıb. Hami təşkilat olaraq tələbələrin peşəkarlıqlarının artırılmasında hər zaman olduğu kimi bundan sonra da böyük maraq və həvəslə çalışacaqlarını vurğulayıb.

Onlayn seminar Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin sualları ilə diskussiya şəraitində davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: