Naxçıvan məktəbliləri “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfindən “Üç alov” adlı Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  müsabiqədə Rəqs nominasiyası üzrə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Tahirov Bayram Tural oğlu, Klassik instrumental ifaçılıq nominasiyası üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Vəliyeva Məleykə Aftandil qızı onlayn şəkildə iştirak edib və hər iki şagirdin çıxışı qiymətləndirilərək  həvəsləndirici yerə layiq  görülüb. Uğur qazanan şagirdlər “Qran Pri” diplomu ilə mükafatlandırılacaq.

Onlayn platformada keçirilən festivalın məqsədi incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir. 

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hər il keçirilən “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında Naxçıvanlı məktəblilər ilk dəfə iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: