Naxçıvan teatrında “Sirlər xəzinəsi” poeması əsasında tamaşa oynanılacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yeni tamaşa dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında hazırlananıb. Poema Azərbaycan səhnəsində ilk dəfə olaraq Naxçıvanlı aktyorlar tərəfindən səhnələşdirilib. İlin sonuna qədər teatrsevərlərə təhvil verilməsi nəzərdə  tutulan tamaşanın hazırda məşqləri gedir

Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, rejissoru Nurbəniz Niftəliyeva, rəssamı Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır.

Rolları Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Ələsgər Quliyev, Zakir Fətəliyev, Vüsal Rzayev, Anar Eyvazov, aktrisalardan Mehri Nəbiyeva və başqaları  ifa edirlər. Qeyd edək ki, teatrda  paralel olaraq dramaturq Cəfər Cabbarlının “Aydın” əsərinin məşqləri də davam etdirilir. Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi bu tamaşadan bir hissə Naxçıvan Televiziyasında onlayn olaraq tamaşaçılara təqdim edilib.

                                                                                   Nurlana Əhmədova

                                          

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: