Zəngəzur Milli Parkında yeni toxmacarlıq yaradılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında yeni toxmacarlıq yaradılıb.

Milli Parkının Ağdərə ərazisini əhatə edən toxmacarlıqda yerli torpaq və iqlim şəraitinə uyğun meyvə sortlarının, əsasən də cəviz, ərik, şaftalı, alça kimi növlərinin yetişdirilməsinə üstünlük verilib.

Mütəxəssislərin fikrincə dağlıq ərazilərdə salınan toxmacarlıqlarda yetişən tinglər sağlam olur və istənilən hava şəraitinə daha yaxşı uyğunlaşırlar.  Bu ərazinin  də torpağı və iqlimi yeni tinglərin yetişdirilməsi üçün çox münbitdir.

Qeyd edək ki, yaşıllıqların artırılması və ətraf mühitin mühafizəsi  istiqamətində görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri aran zonaları ilə yanaşı dağlıq əraziləri də əhatə edir.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: