Sinoptiklər xəbərdarlıq edirlər...

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-18, arabir 20-23 metr/saniyə olacağı, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir saniyədə 25 metrədək güclənəcəyi gözlənilir. Bunun nəticəsində də havanın temperaturu ötən günlərlə müqayisədə 5°-dək enəcək.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iyunun 4-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, iyunun 5-i axşam və 6-da əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: