Bəhruz Kəngərli muzeyinə onlayn ekskursiya təşkil olunub - FOTOLAR
Muxtar respublikada fəaliyyət göstərən mədəniyyət ocaqlarına təşkil olunan onlayn ekskursiyalar davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bəhruz Kəngərli muzeyinə təşkil olunan onlayn ekskursiya Naxçıvan televiziyasının efirindən canlı yayımlanıb.
Muzeyin bələdçisi əbədiyaşar rəssam Bəhruz Kəngərlinin ömür yolu, ölməz sənəti haqqında ətraflı məlumat verib.
Bildirib ki, görkəmli sənətkarın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir.
Onlayn ekskursiya Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, o cümlədən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sayt və sosial şəbəkə hesablarında canlı yayımlanıb.
Qeyd edək ki, televiziyamızın balaca izləyiciləri iyunun 6-da saat 12:00-da Naxçıvan Dövlət Kukla Teatrından canlı yayımlanacaq “Göyçək Fatma” tamaşasına baxa bilərlər.
Nurlan Sadiqov