Şərur Sənaye Məhəlləsi iqtisadi yenilikdir - VİDEO
Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Naxçıvan Muxtar Respublikasında inkişafında mühüm rol oynayır. Bu tədbirlər çərçivəsində, Prezident İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı əsasında Şərur Sənaye Məhəlləsinin yaradılması davam etdirilir.
Sənaye Məhəlləsinin yaradılması Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının daha da şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır.
Hazırda ərazidə tikinti işləri aparılır, yeni obyektlərin yaradılması davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının Şərur Sənaye Məhəlləsindən hazırladığı videomaterialı təqdim edir:
Turab Hacızadə