Şahbuzda tikilən çoxmərtəbəli yaşayış binaları əhalinin mənzil-məişət şəraitini yaxşılaşdıracaq - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhərində 6 mərtəbədən ibarət olacaq yeni çoxmənzilli yaşayış binası  tikilir. Zirzəmi ilə birlikdə  6 mərtəbədən ibarət olacaq  bina 40 mənzillidir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Binanın zirzəmisində xidmət mərkəzi, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları yerləşəcək.  Hazırda  son tamamlanma işləri görülür. 

Qeyd edək ki , şəhərin digər bir ünvanında  isə  hərbçilər üçün   yaşayış binası  tikilir. Bina   zirzəmi ilə birlikdə 6 mərtəbədən və  44 mənzildən ibarət olacaq. 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: